Danışıq dili

bu, ədəbi dilin kodlaşmamış forması olan kitab dilinə qarşı duran xüsusi üslubi həmcins funksional sistemdir. Danışıq dili özünün xüsusi şəraiti olan, məsələn, deyimin qabaqcadan düşünülməsi və dil materialının qabaqcadan seçilməməsi, danışıq iştirakçılarının nitq ünsiyyətində bilavasitə nitq aktında onlar arasında və deyimin özünün xarakterində rəsmiyyətin olmaması ilə fərqlənir. Danışıq dilinə dil sisteminin bütün səviyyələrinin - fonetikada (tələffüz), leksika, morfologiya və sintaksisdə özünü göstərə biləcək xüsusiyyətlər xasdır.
Daimi uyğunluq (müvafiqlik)
Danışıq klişesi
OBASTAN VİKİ
Danışıq dili
Danışıq dili və ya şifahi dil — xüsusi üslubi səciyyəli funksional sistem; ədəbi dilə aid olmayan ünsiyyət formalarının cəmi danışıq dili adlanır. Danışıq dilinə eyni zamanda qeyri-ədəbi dil də deyilir. Ədəbi dildən fərqli olaraq gündəlik ünsiyyətdə işlənən dilin xüsusiyyətləri, adətən, ədəbi dil daşıyıcılarının maqnitofon və əl ilə yazılmış materialları əsasında öyrənilir. Türk mənşəli Azərbaycan dilinin və həmin dildə danışan xalqın yaranması, başqa sözlə, bu dilin ümumi ünsiyyət vasitəsinə çevrilməsi uzun sürən, bir neçə əsr davam edən bir proses olmuşdur. Əhalinin etnik tərkibində türk tayfalarının sayı, habelə iqtisadi, siyasi, mədəni təsiri artdıqca dilin fəaliyyət dairəsi də genişlənmiş və beləliklə, bəzi etnik və antropoloji xüsusiyyətlərini bu gün də qoruyub saxlaya bilən çeşidli etnik qruplar ümumi mədəni-mənəvi və dini birliyi olan bir xalq halında birləşmişlər. Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. "Kitabi-Dədə Qorqud" dastanlarının dili ədəbi dilin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayıla bilər. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır. Ədəbi dil tərkibində danışıq dilinin səciyyəsi şifahi nitqə xas olan aşağıdakı ümumi cəhətlərlə: hazırlıqsız, bədahətən olması, xətti ardıcıllığı, nitq vasitələrinin qənaətlə işlənməsi və özünəməxsusluğu ilə müəyyən edilir. Ədəbi dil və milli dilin tərkibində danışıq dilinin yeri və xarakteri tarixən dəyişir.
Danışıq
Danışıq bu mənalara gələ bilər:
Danışıq balonu
Danışıq balonu– Windows əməliyyat sisteminin tapşırıqlar zolağında hava şarı, yaxud karikaturalarda danışıq qabarcığı (SPEECH BUBBLE) formasında ekrana çıxan bildirişdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Danışıq üslubu
Danışıq üslubu — qeyri-rəsmi ünsiyyət üçün, xüsusən də qeyri-rəsmi şəraitdə gündəlik məsələlərin müzakirəsi üçün istifadə olunan funksional nitq tərzi. Danışıq üslubu adətən söhbətdə və digər qeyri-rəsmi kontekstlərdə istifadə olunan idiomdur. Danışıq üslubu ünsiyətlərin və digər ifadə vasitələrinin geniş tətbiqi ilə xarakterizə olunur, ixtisaslaşdırılmamış terminologiyadan istifadə edir və leksikanı dəyişir. O, həmçinin natamam məntiqi və sintaktik sıralama ifadələrin istifadəsi ilə də fərqlənə bilər. Belə bir dilin konkret nümunəsi danışıq üslubu adlanır. Lüğətlərdə belə bir ifadə üçün ən çox istifadə olunan termin danışıq dilidir. == İzahatı == Danışıq üslubu və ya ümumi dil rəsmi nitqdən və ya rəsmi yazıdan fərqlidir. Bu, danışanların adətən rahat olduqları zaman istifadə etdikləri dil formasıdır. Bəzi danışıq üslubunda çoxlu jarqon və ya slenq var, bəzilərində isə ümumiyyətlə yoxdur. Jarqon və slenq çox vaxt danışıq üslubunda istifadə olunur, lakin bu xüsusi registr müəyyən qruplarla məhdudlaşır və danışıq üslubunun zəruri elementi deyil.
Dili
Dili port. Díli — Şərqi Timorun paytaxtı və ən iri şəhəri. Kiçik Zond adalarının ən şərqində yerləşən Timor adasının şimali hissəsində yerləşir. Dili Şərqi Timorun iri portu və kommersiya mərkəzidir. Əhalisi 150 min nəfərdir. Burada milli qəhrəman Nikolau Lobatu adını daşıyan Komor aeroportu yerləşir.
Erməni dili
Erməni dili (erm. Հայերեն — Hayeren) — Hind-Avropa dillərinə daxil olan və ayrı qrupa aid olan dil. Ermənistan Respublikasının dövlət dilidir. == Erməni dilinin tarixi == Ermənicə yazı dilinin inkişaf dövrü 3 dövrə ayrılır: 1. Qədim Ermənicə, Qrabar (V–XI əsr), 2. Orta Ermənicə (XII–XVI əsr), 3. Yeni Ermənicə aşxarabar (XVII əsrdən dövrümüzə qədər) Yeni Ermənicə 2 böyük qola ayrılır: Qərbi ermənicə ve Şərqi ermənicə. Şərqi ermənicə Ermənistan Respublikasının rəsmi dilidir. Bundan başqa İranda və Hindistanda yaşayan ermənilərin ədəbiyyat dilidir. Qərbi ermənicə isə Diasporanın, Türkiyədə və dünyanın başqa yerlərində yaşayan ermənilərin istifadə etdiyi dildir.
Even dili
Even dili (lamut dili) öz adlandırılması evedı toren — evenlərin dili, evenk, nanay, udegey dillərinə yaxındır. Tunqus-mancur dilləri qrupuna aiddir. == Əsas məlumatlar == Evenk dilinin qərb ləhcəsinə yakut, Kamçatka ləhcəsinə isə koryak dili təsir edib. XVII əsrdən evenk dilinə rus dili sözləri daxil olmağa başalyıb. 17 200 nəfər evenkdən ancaq 7 mini bu dilə bağlıdır. Əsasən Oxot dənizi ətrafında və Yakutiya və Maqadan vilyətində yaşayırlar. == Orfoqrafiyası == == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Дуткин Х. И. Краткий словарь-разговорник для изучающих эвенский язык. Якутск, 1992. Лебедев В. Д.Язык эвенов Якутии. Л., 1978.
Evenk dili
Evenk dili, evenki dili (köhnə — tunqus dili) — evenklərin dili. Rusiyada, əsasən Şərqi Sibirdə — Yenisey çayının sol sahilindən Saxalin adasına qədər yayılıblar (4,8 min nəfər 2010), həmçinin Çinin şimalında Daxili Monqolustanda, Sinyan-Uyğur muxtar vilayətində və Monqolustan yaşayan 9 min nəfər solonlar da evenklərə aiddir. Even dili və negidal dili ilə yanaşı tunqus-mancur dillərinin şimal qrupuna aiddir. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == İstinad == Эвенгус — сайт о языке: учебники, словарь, разговорник. Эвенкийский для начинающих — Электронная онлайн-версия обучающей программы на сайте электронного журнала "Языки и фольклор народов Сибири". (Access denied!) == Mənbə == Болдырев Б. В. Эвенкийско-русский словарь (Эвэды-лучады турэрук). — Новосибирск: Изд-во СО РАН, филиал "Гео", 2000. — Ч. 2: Р—Я. — 484 с.
Ezop dili
Ezop dili — üstüörtülü, müəmmalı, rəmzli dil. Bu ifadə qədim Yunanıstanda öz fikirlərini açıq, müstəqil deyə bilmədiyi üçün məcazi təmsillər yazan frakiyalı kölə Ezopun (e.ə VI-V əsrlər) adı ilə bağlıdır. Müasir dövrdə də məcburiyyət nəticəsində fikirlərin işarələrlə, dumanlı şəkildə, üstüörtülü kinayə ilə verilməsi ezop dili adlanır.
Filippin dili
Filippin dili - 1987-ci il Filipin Konstitusiyasına görə Filippinin milli və ingilis dili ilə yanaşı rəsmi dilidir. Taqal dilinə yaxındır.
Fin dili
Fin dili (suomi), Finlandiyada və bəzi digər Şimali Avropa ölkələrində danışılan Ural dilləri ailəsinə aid bir dildir. Fin dili, təxminən 5.4 milyon insan tərəfindən danışılır və Finlandiyada rəsmi dildir. Dil həmçinin Avropa Birliyinin rəsmi dillərindən biridir. == Tarixi == Fin dilinin tarixi qədim dövrlərə dayanır və dilin inkişafı müxtəlif mədəni və tarixi təsirlərlə zənginləşmişdir. Fin dilinin yazılı ədəbiyyatı 16-cı əsrdə Mikael Agricola tərəfindən Latın əlifbasının qəbul edilməsi ilə başlamışdır. === Qədim Fin dili === Qədim Fin dili dövrü, əsasən şifahi ənənələrə və folklora əsaslanır. Bu dövrdə Fin dilinin yazılı mətnləri çox az idi və dil, əsasən danışıq dili olaraq istifadə edilirdi. === Orta Fin dili === Orta Fin dili dövrü, 16-cı əsrdə Mikael Agricola tərəfindən İncilin tərcüməsi ilə başlamışdır. Bu dövrdə dilin qrammatikası və leksikası inkişaf etmiş və standartlaşmışdır. === Müasir Fin dili === Müasir Fin dili dövrü, 19-cu əsrdə Fin dilinin rəsmi dil olaraq tanınması və təhsil sistemində geniş yayılması ilə başlamışdır.
Finikiya dili
Finikiya dili — Finikiyalıların dilidir. Eradan əvvəl II-I minilliklərdə işlənib. Sami dillərinin Kənani yarımqrupuna mənsubdur.
Fiqurnaya dili
Fiqurnaya dili — qumdan təşkil olunmuş dil Taymır yarımadasının sahillərində qərarlaşır. Laptevlər dənizi akvatoriyasına daxildir. İnzibati cəhətdən Rusiya Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Xatanqa inzibati vahidliyinə tabedir. == Coğrafiya == Dil yarımadanın şərqində qərarlaşır. Çvetkova çayında 1 km şimal-şərqdə, Çvetkova burnu ilə Dlinnaya dili arasında yerləşir. Dilin sahəsi 0,2 km², maksimal hündürlüyü isə 10 metrdir. Dlinnaya dilindən qumlu dayazlıqla ayrılır. Uzunluğu 2 km, eni isə 250 metrdir. Dil Rudiyanın daxili rayonlarının sərhədində qərarlaşır.
Gilan dili
Gilan dili, Gilək dili, Giləkcə — Hind-Avropa dil ailəsinə aid İrani dillərin şimal-qərbi qoluna bağlı bir dil. İranın Gilan ostanında yayılmışdır. Talış və mazandaran dillərinə yaxın dildir. İki dialekti var.
Gilyan dili
Gilan dili, Gilək dili, Giləkcə — Hind-Avropa dil ailəsinə aid İrani dillərin şimal-qərbi qoluna bağlı bir dil. İranın Gilan ostanında yayılmışdır. Talış və mazandaran dillərinə yaxın dildir. İki dialekti var.
Gilək dili
Gilan dili, Gilək dili, Giləkcə — Hind-Avropa dil ailəsinə aid İrani dillərin şimal-qərbi qoluna bağlı bir dil. İranın Gilan ostanında yayılmışdır. Talış və mazandaran dillərinə yaxın dildir. İki dialekti var.
Goran dili
Gorani dili və ya qorani dili (Goranî) — İranın Kürdüstan və Kirmanşah ostanları və İraqda danışılan dil. Bir çox gorani dilinə danışanların dini qruplaşdırılması Yarsanizm dininə məxsusdur. İran–İraq sərhədindəki Oraman dağlarında danışılan bu di, olduqca zəngin bir keçmişə sahibdir. İndiki dövrdə çoxu sünni olan bir qismi isə yarsan olan, təxminən 300 min adam bu dildə danışır. Gorani dilinə ən yaxın dillər: Zaza dili, Mazandaran dili və Gilan dili. Bu dil həmçinin məhv olmaqda olan dillər siyahısında daxildir.
Gorani dili
Gorani dili və ya qorani dili (Goranî) — İranın Kürdüstan və Kirmanşah ostanları və İraqda danışılan dil. Bir çox gorani dilinə danışanların dini qruplaşdırılması Yarsanizm dininə məxsusdur. İran–İraq sərhədindəki Oraman dağlarında danışılan bu di, olduqca zəngin bir keçmişə sahibdir. İndiki dövrdə çoxu sünni olan bir qismi isə yarsan olan, təxminən 300 min adam bu dildə danışır. Gorani dilinə ən yaxın dillər: Zaza dili, Mazandaran dili və Gilan dili. Bu dil həmçinin məhv olmaqda olan dillər siyahısında daxildir.
Gəz dili
Gəz dili——Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərinin Mərkəzi İran qrupuna aid olan dildir ki İsfahan ostanında xüsusilə Gəzdə danışılır.
Herero dili
Herero dili (Otjiherero) Bantu dil ailəsinin Niger-Konqo qrupuna aid olan bir dilidir. Namibiya (206,000) və Botsvanada olan Herero xalqı tərəfindən danışılır. Hər iki ölkədə bu dili danışanların ümumi sayı təxminən 237.000 nəfər dir.
Het dili
Xet dili — Eramızdan əvvəl Anadolu torpaqlarına məskunlaşmış Xet tayfasının dili. Xet dili Hind-Avropa dillərinin Anadolu altqrupuna daxildir. Xetlər özlərini Neşalılar adlandırırlar. Rəsmi diplomatik yazışmaları və saray arxivləri Akkad mixi yazısı ilə yazılarkən, qayalardakı yazılar üçün heroqliflərdən istifadə edirdilər. Hurri dili də əhəmiyyətli diplomatik yazışmalarda istifadə edilirdi və xüsusilə Mitanni İmperiyası ilə olan yazışmalarda istifadə edilirdi. Xet dili, Çex əsilli alman alim Bedrix Xrozninin tədqiqatlarının nəticəsində oxunmuş və 1917-ci ildə Xet qrammatikasını yayınlamışdı. == Bənzərliklər == === Türk dili ilə bənzərliyi === Xet dili ilə müasir türk dili arasında müəyyən bənzərliklər vardır. Bu əsasən Şərqi Anadolu regionu dialektlərində özünü göstərir. Çünki Xet dövləti bu ərazilərdə qurulmuşdur. Ana, ata, çox, çörək, gecə, parlaq, möhür kimi bəzi sözlərdə bu xet dili ilə bənzərlikləri görmək mümkündür.
Hotel Dili
Hotel Dili — 1933-cü ildə yaradılmış, Şərqi Timorun Dili şəhərində yerləşən sahil mehmanxanasıdır. Otel 1971-ci ildə avstraliyalı Frank Favaro (1935–2000) satın alınmışdır. 1975-cı ildə Favaro döyüş zamanı oteldə altı avstraliyalı ilə birlikdə gizlənmişdilər. Hərçənd onlar ardıcıl olaraq evakuasiya etmək təklifindən imtina etmişdilər. Mehmanxana hücum ilə əlaqədar olaraq mühasirəyə düşmüşdür. Ceym Nikols oteli "axmaq" adlandırmış və Şərqi Timorun "Fawlty Towers"-ni ucaltmışdır.
Hun dili
Hun dili və ya Hun türkcəsi — vaxtı ilə mövcud olmuş hunların dili. Yunan, latın və çin mənbələrindəki müəyyən sözlərə görə tanınır. Müasir dövrə qədərə gəlib çatmış sözlərin analizinə görə türk dilləri qrupuna aid edilir. == Dövrümüzə çatmış sözlər == Avropa hunlarının müasiri oln müşahidəçilər və VI əsrdə yaşamış tarixçi Jordanes hunların istifadə etdiyi dildən 3 sözü dövrümüzə gəlib çatmasına nail olmuşdurlar.Kəndlərdə bizə ərzaq - qarğıdalı əvəzinə darı və yerlilərin dediyi kimi medos verilirdi. Bizi müşayət edən iştirakçılar darı və buğdadan hazırlanmış içki - hansıki barbarlar kamos adlandırır - aldılar.Hunlar Attilanı belə mərsiyyələrlə - onlar bunu strava adlandırır - ağlaşma qurmaqla, onun məbədi üzərində böyük ehtişamla qeyd edirdilər.Bu medos bal şərabı kimi bir içkidir, kamos buğda içkiçi, strava dəfn mərasimidir. Maenchen-Helfen iddia etmişdir ki, strava slavyan dilində danışan bir məlumatçıdan gəlmiş ola bilər. Hun dili barədə digər bütün məlumatlar onların tayfaları və şəxs adları ilə bağlıdır. == Türk dili olması barədə == Karl Henrix Menges və Omelian Pritsak kimi bir çox tarixçilər düşünürlər ki, hunlara aid olan xüsusi sözlər ancaq Türk dili və ya Altay dil ailəsi ilə əlaqələndirilə bilər. Menges dil dəlillərinə arxalansa da, hunlara münasibəti "onları türk və ya türklərə yaxın hesab etməyin etnoloji səbəbləri var" deyir. Bundan başqa, Menges hunların monqolca və ya tunqus dillərindən birində və ya türkcə ilə monqolcanın arasındakı hansısa dildə danışa biləcəyi ehtimalını da bildirir.
Kabardin dili
Kabarda çərkəz və ya Yuxarı Adıq dili (Адыгэбзэ və ya Къэбэрдей Адыгэбзэ) — Abxaz-adıq dillərinden Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Yuxarı Adıqca, Adıqların Kabardey ve Besleney klanları tərəfindən danışılmaqdadır. Bu klanlar özləri öz dillərini "adıq dili" adlandırırlar. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti ise Aşağı Adıqcadır (КӀахыбзэ). == Mənbə == ASE, V cild, Bakı, 1981-ci il, səh.
Kalmık dili
Kalmık dili — Monqol dillərindən biridir. Əsasən Kalmıkiyada, qismən də Astraxan, Rostov və Stavropol vilayətlərində, həmçinin Qırğızıstanın İsıkgöl gölünün sahilin-də yayılmışdır. İki dialektə bölünür: derbet və torqut. Fonetik biçimində damaq sinharmonizmi mühüm rol oynayır. Dəfələrlə əlifbà dəyişmələrinə məruz qalmışdır. 1938-ci ildən kiril əlifbasına keçmişdir.